Qorxudan Daha Güçlü Hiss əsərindən sitatlar | Mark Levi

Qorxudan Daha Güçlü Hiss əsərindən sitatlar | Mark Levi
5
(2)

Cəsarət qorxudan daha güclü bir hissdir..

Qorxudan Daha Güçlü Hiss, , Mark levi

Bəzən səssizlik belə bəzi şeyləri sübut edir.

Sevgi olan yerdə hər yer cənnətdir.

Bəzən kiçik bir jest və yaxud adi bir qayğı iki insana bir-birlərinə necə bənzədiklərini aşkar etmələri üçün kifayət edir.

Atam həmişə deyirdi ki, çətin bir vəziyyətə düşəndə onu ayrı-ayrı hissələrə böl və hər birinin öhdəsindən ayrılıqda gəl. Beləliklə, qazandığın hər bir kiçik uğur toplanaraq sonda səni məqsədinə çatdıracaq.

Qorxudan Daha Güçlü Hiss əsərindən sitatlar | Marc Levy (Mark Levi)

–Siz onu hələ də sevirsiniz?
–Bu nəyi dəyişir ki?
–Əgər sağdırsa, əlbəttə, çox şeyi dəyişir.

Qorxudan Daha Güçlü Hiss, Marc Levy

İndiyə qədər qəbrimi bir nəfərdə olsun ziyarət etmiyib. İlk günlər sənin də ziyarətçilərin çox olacaq, ancaq zaman keçdikcə daha az xatirlanacaqsan.

Bəzən insan həyatda lazım olduğundan daha çox şey görüb yaşayanda öz əvvəlinə qayıtmağa ehtiyac duyur.

– Sizə bir kişi yaxınlaşacaq və cintonik içkisi təklif edəcək.
– Mən spirtli içki qəbul etmirəm, cənab.
– Eybi yox, qədəhə tamaşa etməyiniz kifayət edər.

–Mən sizi görmək üçün uzun yol qət etmişəm.
–Lap yaxşı, indi isə geri qayıdın, bu dəfə yol sizə elə də uzun görünməyəcək.

–Düşünürsünüz ki, bu qarşılaşmanız təsadüfən oldu?
–Təsadüfən,bilirsiniz…
–Bəlkə də, xatirələrlə yaşayan təkcə siz deyilsiniz.
–Taleyə inanırsınız?
–Sərf edəndə hə…

Ölüm dəhşətli deyil, ölümün insanı öz əzizlərindən uzaq salması dəhşətlidir.


Hansısa bir millət öz ölkəsinin idarəsini ələ almaq istədiyini bildirsə, həmin ölkənin bazar iqtisadiyyatını zəiflətmək onların bu fikirdən daşınması üçün kifayət edir. Dövləti və onun xalqını dizüstə çökdürmək üçün ekonomik böhrandan daha təsirlisi yoxdur.

Qorxudan Daha Güçlü Hiss, , Mark levi

“Bir Birimizə Demədiyimiz Sözlər” əsərindən mənalı sözlər | Marc Levi
Məşhur kitablardan mənalı sözlər və sitatlar
“Haradasan?” kitabından sitatlar | Marc Levy (Mark Levi)
Dahilərdən Sevgi haqqında mənalı sözlər və kəlamlar


Axtarış sözləri: kitab sözləri, mark levy kitablari,marc levy qorxudan daha guclu hiss mark levi Qorxudan Daha Güçlü Hiss əsərindən sitatlar | Mark Levi pdf yukle, kitab sozleri

YAZIYA QİYMƏT VER!😉

Ortalama 5 / 5. Səs sayı: 2

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir