A
- aborigen
Yerli, yerli mənşəli. Aborigen və hibrid üzüm sortu.
2. Ölkənin ilk yerli sakinlərinə verilən ad. Avstraliya aborigenləri. - absurd
Boş və mənasız sözsöhbət, cəfəngiyat. - advokat
Məhkəmədə bir tərəfə xidmət göstərən hüquqşünas. - akvatoriya
(lat. aqua — su, territorium — ərazi) — Təbii, süni və şərti sərhədlərə malik su hövzəsi, ya ərazisi. - alqoritm
Hərəkətlər ardıcıllığıdır.Latınca qayda-qanun deməkdir. Alqoritm 783- 850-ci illərdə Xarəzmdə (indiki Özbəkistanda şəhər) yaşamış IX əsrin məşhur özbək riyaziyyatçısı Məhəmməd İbn Musa əl-Xarəzminin (yəni Xarəzmli Musa oğlu Məhəmməd) adının latın hərflərilə olan “alqoritmi” yazılışıyla bağlıdır. - anatomiya
Hərfi mənası “kəsirəm”deməkdir. - angina
Əsnəyin selikli qişasının və xüsusən badamcıqların iltihabı. Angina oynaq, böyrək və ürək xəstəliyinə səbəb ola bilər. - anket
Qabaqcadan hazırlanmış suallara cavab almaq üçün sorğu vərəqəsi. - antena
Radio qurğusunun elektromaqnit dalğalarını yaymaq (radio verilişində) və ya onları tutmaq (qəbul etdikdə) üçün məftillər sistemi. Antenanın işləmə nəzəriyyəsi və quraşdırılma metodları. - aptek
Həkimlərin resepti üzrə dərman hazırlayıb satan müəssisə; dərmanxana, əczaxana. “Anbar”mənasını verir. - aqlomerasiya
Şəhər aqlomerasiyası — yaşayış məntəqələrinin yaxın toplumu.
2. Metallurgiya — materialın tez əriyən hissələriinin bərkidikdə bir-biri ilə birləşməsi.
3. Mikrobiologiya — mikroorqanizmlərin birlikdə toplumu. - areal
Müxtəlif qəbilədən olan şeylərin (dil, xalq, heyvan, bitki və s.) yayıldığı ərazi. Arealın müqayisəli öyrənilməsi. - assimilyasiya
- Bir səsin yanındakı səsə bənzədilməsi, məs.: annamaq (anlamaq), atdar (atlar) və s.
- Bir xalqın başqa bir xalqın dilini, adətlərini və s.-ni qəbul etməsi nəticəsində onun içərisində əriyib getməsi.
- Canlı orqanizmin üzvi maddələri mənimsəmə prosesi.
Dilimizdə işlənən latın mənşəli sözlər və mənaları
D
- deputat
- Müəyyən edilmiş qayda üzrə qanunverici, yaxud nümayəndəli orqana əhali tərəfindən seçilən şəxs.
- Nümayəndə.
H
- hibrid
Müxtəlif cinsdən, növdən olan bitki və ya heyvanların hibridləşdirilməsi nəticəsində əmələ gələn yeni orqanizm; mələz. Hibridləşdirmə zamanı müxtəlif növdən olan fərdlər bir-birilə cütləşdirilir və bunlardan alınan balaya hibrid deyilir.
L
- laboratoriya
Elmi və ya texniki təcrübələr aparılan bina və ya otaq. - litr
Həcmin metrik ölçü vahidi.
M
Sponsor Linklər
- metal
İstiliyi və elektriki yaxşı keçirmə qabiliyyətinə malik olan, döyülüb yastılana bilən, spesifik parıltısı olan bəsit kimyəvi maddə (yaxud ərinti).
R
- rektor
“İdarə edən” deməkdir. Ali məktəbə, habelə ali və orta dini məktəbə rəhbərlik edən şəxs. - rezin
- Kauçukun vulkanizə edilməsi nəticəsində alınan su və hava keçirməyən elastik material.
- Həmin materialdan düzəldilmiş, hazırlanmış.
T
- termin
Elm, texnika, incəsənət və s. müəyyən ixtisas sahəsinə aid anlayışı dəqiq ifadə edən söz (və ya söz birləşməsi)
V
- vena
Qanı ürəyə aparan qan damarı. - villa
Şəhər kənarında bağ-bağat içərisində qəşəng ev; köşk. Burada çox gözəl villalar tikilmiş, həyətlər, bağçalar səliqəyə salınmışdır.
Bənzər Mövzular:
Aforizm nədir?, Aforizm nə deməkdir?
Axtarış sözləri: dilimizde islenen latin menseli sozlerin menasi,latin sozleri,dilimizde latin menseli sozler,dilimizde islenen latin menseli sozler,dilimizdə latın mənşəli sözlər,latın mənşəli sözlər və mənaları,dilimizdə işlənən latın mənşəli sözlər,latin menseli sozler,latin menseli sozler ve menalari

Çox söz olmadığından daha geniş yazmaq olmur.Amma xoşuma gəldi.
çox gözəl təşəkkür edirəm