Con Lennonun bir sözü var:”Həyat biz başqa planlar qurmaqla məşğul ikən baş verənlərdir.”
Xırda Şeyləri Dərd Etməyin, Richard Carlson
Mark Tvenin çox gözəl bir sözü vardır:”Həyatım boyunca çoxlu qorxunc hadisələrlə qarşılaşdım. Bunlardan bir neçəsini isə həqiqətən yaşadım.”
Çox vaxt edilən bircə gözəl hərəkət yaxşılıqlar silsiləsinin başlanmasına səbəb ola bilər
Xoşbəxtliyə gedən yol yoxdur, xoşbəxtlik o yolun özüdür..
Həyatın məqsədi hər işi çatdırmaq yox, bu yolda atılan hər bir addımın dadını çıxarmaq, sevgidolu ömür sürməkdir.
Dünyanın ən xoşbəxt insanı belə həmişə xoşbəxt deyil.
Sponsor Linklər
Həyat bir sınaqdır,sadəcə bir sınaq..
Haqlı çıxmaqdan çox, genişqəlbli olmağa üstünlük verin
İki nöqtə arasındakı ən qısa məsafə niyyətdir.
Dəyişdirilməsi mümkün olan şeyləri dəyişdirin, elə olmayanları qəbul edin və bunların arasındakı fərqi başa düşəcək qədər ağlınız olsun.
Hər yerdə (hər şeydə) Tanrının barmaq izi vardır.
Əgər hər işi başa vurmaq kimi aludəçiliyiniz varsa, əsl xoşbəxtliyə heç vaxt çata bilməzsiniz.
Problemlərə var gücünüzlə müqavimət göstərmək əvəzinə, “başını buraxmağı” öyrəndiyiniz zaman həyatınız “yağ kimi gedəcək”.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Xoşbəxtliyə gedən yol, mühakimələri bir kənara atıb, sevgi əlini uzatmaqdan keçir.
Yaxşı ki,xoşbəxt olmağın bir yolu vardır.Bu da əsas fikrimizi sahib olmaq istədiklərimizdən əlimizdə olanlara yönəltməkdir
Başqalarını günahlandırmaqdan əl çəkin.Başqalarını günahlandırmaq xüsusiyyətimiz varsa, hər cür qəzəb, kədər,depressiya, stress və talesizliyimizi həmişə başqalarının boynuna yıxırıq.
Əslində, biz bu həyatdan nə istəyiriksə, onu da görürük. Əgər çirkinlik axtarsanız, bolluca tapacaqsınız.
Qorxu və təlaş içində olanda gücünüzdən istifadə edə,nədənsə zövq ala bilmirsiz. Müvəffəqiyyəti qorxu sayəsində yox,onu aşaraq qazanacaqsız.
“Xırda Şeyləri Dərd Etməyin” kitabından mənalı sitatlar
Ömrünüzün hər sahəsindəki qüsursuzluq axtarışından əl çəkdikcə həyatın öz içindəki kamilliyi kəşf edəcəksiniz.
Xırda Şeyləri Dərd Etməyin, Richard Carlson
Hər gün bir neçə dəqiqənizi təşəkkür ediləcək birini düşünməyə sərf edinəslində, maksimum bir neçə saniyənizi aparacaq bu strategiya mənim uzun müddətdən bəri yiyələndiyim bir vərdişdir. Günə başlayanda həmişə minnətdarlıq edəcəyim bir nəfər haqqında fikirləşirəm. Məncə, minnətdarlıq və daxili sakitlik birbirindən ayrı deyil, əksinə bir-birini tamamlayır. Ona görə də mənə verilən həyat üçün ürəyimdə nə qədər təşəkkür etsəm, özümü bir o qədər rahatlanmış hiss edirəm.
Səbir – şüurlu bir məşq proqramı ilə çox inkişaf etdirilməsi mümkün olan ürək işidir.
Öz səbrimi dərinləşdirə bilmək üçün tapdığım çox təsirli bir üsul məşq edəcəyim müəyyən dərs saatları yaratmaq oldu. Bu anlarda ağlımı bütünlüklə yönləndirib, “səbiretmə sənətini” təkmilləşdirməyə çalışıram. Həyatın özü bir məktəb, dərsin mövzusu da səbir olur.
Çoxumuzun həyatı bizi hər an hərəkətə keçirən elə çox impuls və məsuliyyətlərlədoludur ki, nəinki rahatlanıb dincəlmək, hətta bir neçə dəqiqəliyə heç qımıldanmadan vətərpənmədən oturmağımız, demək olar ki, qeyri-mümkündür. Bir dostumun da dediyi kimi, artıq “insanoğlu” yox, “edər oğlu” deyə adlansaq, daha yaxşı olar.
Əvvəlcə qarşınızdakı insanı başa düşməyi hədəfləyin.Əvvəlcə qarşınızdakını başa düşmək – kimin haqlı, kimin haqsız olduğu söhbəti deyildir. Bu, sadəcə, effektiv ünsiyyət yaratmağın əsas fəlsəfəsidir. Bu metoddan istifadə etdiyiniz zaman sizinlə danışan insanların ciddi qəbul olunmaqdan və sözlərinin dinlənilməsindən məmnunluq duyduqlarını görəcəksiniz.
Daha yaxşı dinləyici olun.
Effektiv dinləmə təkcə başqalarının sözünü kəsmə və ya onların cümlələrini sona çatdırmaq kimi pis vərdişlərdən əl çəkmək deyil. Həmçinin dərhal münasibət bildirmək üçün səbirsizliklə gözləmədən onun bütün dediklərinə könüllü qulaq asmaqdır.
Çoxumuz mübahisə, anlaşılmazlıq və ya verilmiş tərbiyədən qaynaqlanan fərqliliklərdən yaranan kiçik incikliklərdən dördəlli yapışırıq. İncidiyimiz insan dostumuz və ya qohumumuz olsa da, inadla onun bizə əlini uzatmağını gözləyir, onubağışlamaq və köhnə münasibətə yenidən başlamaq üçün bunun yeganə yol olduğunainanırıq
Hansısa işi daha yaxşı etməyin mütləq başqa yolu vardır; amma bu,hal-hazırkı vəziyyətdən zövq almayıb ,yaxşı cəhətlərini görməməzlikdən gəlmək demək deyil. Məsələ bunun fərqinə varmaqdır.
Xoşbəxtliyin ən gözəl ölçüsü sahib olduqlarımızla nə istədiyimizi ayıra bilməkdir.Bütün ömrünüzü daha artığını istəyib,daima xoşbəxtliyin ardınca qaçaraq keçirə bilərsiniz.Ya da şüurlu surətdə daha az ilə kifayətlənməyə qərar verə bilərsiniz.Əlbəttə ki ikinci yol daya asandır və insanı qane edir
Fırtınanın gözü dedikdə fırtına,qasırğa,tufan meteoroloji fenomenlərin düz ortasında olan və ətrafdakı dəhşətli mütəhərriklikdən təcrid olunmuş sakit nöqtəsi nəzərdə tutulur.Hər tərəfi şiddətlə sarsıldığı halda mərkəzin özü böyük sükunət içində qalır.Bir xaosun ortasına düşdüyümüz vaxtlarda biz də elə sakit qala bilsəydik nə gözəl olardı…
Həyatın keşməkeşli yollarında sizə bələdçilik edən qüsursuz sistemə maliksiniz.Təkcə hisslərinizdən ibarət həmin sistem sizə yolunuzdan çıxıb,bədbəxtliyə və toqquşmalara yönəldiyinizi ya da rahatlığın mövcud olduğu doğru yolla irəlilədiyinizi bildirir.Hissləriniz eynilə barometrə oxşayır:daxili dünyanızda havanın necə olduğunu göstərir
Arabir dayanıb,həyatın möcüzələrlə dolu olduğunu fikirləşmək lazımdır;hətta görmə qabiliyyətimiz sayəsində bu kitabı oxumağımızın özü də həyatın möcüzəsidir…
Bu dünyada çox böyük işlər görə bilmərik. Amma kiçik işləri böyük sevgi ilə edə bilərik.
Öz cənazənizdə iştirak etdiyinizi gözünüzün qabağına gətirmək sizə hələ vaxt var ikən ötüb-keçən həyatınıza baxıb, vacib dəyişikliklər etmək imkanı verəcəkdir.
Bir gün və ya bir il bundan əvvəl nələr baş verdiyi, yaxud sabah nələr ola biləcəyinin heç bir əhəmiyyəti yoxdur. Sizin mövcud olduğunuz yer hal-hazırkı andır. Bu, həmişə belədir!
Sanki haqlı çıxmağımız xoşbəxtliyimizdən də əhəmiyyətli görünür. Lakin heç də elə deyildir. Əgər daha sakit yaşamaq istəyirsinizsə, haqlı çıxmağın özünüzü xoşbəxt etməkdən heç vaxt vacib olmadığını başa düşməlisiniz. Xoşbəxtliyə gedən yol, mühakimələri bir kənara atıb sevgi əlini uzatmaqdır. Qoyun başqaları haqlı olsun. Bu, sizin haqsız olduğunuz demək deyil.
Qüsursuz ola bilməyəcəyinizi qəbul edin. Mən bu günədək mütləq qüsursuzluğu axtaranlardan kiminsə öz həyatında» «mənəvi rahatlıq tapa bildiyini görmədim. Hər bir şeyin mükəmməl olmasına çalışmaqla daxili rahatlığı istəmək bir-birinə tərs mütənasibdir.
Bir az ürküdücü və kədərli olsa da, yaşadığınız müddət ərzində ölümünüzü düşünmək yararlıdır. Bunu etmək sizə necə insan olmaq istədiyinizi və sizin üçün əslində nəyin önəmli olduğunu xatırladır
Yaddan çıxarmayın ki, öləndə siyahınızda hələ də tamamlanmamış işlər olacaq. Və… Bu işləri sizin yerinizə başqası görəcək! Ona görə də bundan sonra həyatınızın qiymətli anlarını xərcləməyin ki, sonradan peşman olmayasınız.
Xırda Şeyləri Dərd Etməyin, Richard Carlson
- Tale, Azadlıq və Ruh kitabından mənalı sözlər | Oşo
- Məşhur kitablardan mənalı sözlər və sitatlar | Kitab sözləri
Axtarış sözləri: Xırda Şeyləri Dərd Etməyin, Richard Carlson,xirda seyleri derd etmeyin pdf yukle,richard carlson xırda şeyləri dərd etməyin pdf,xırda şeyləri dərd etməyin pdf yüklə,xırda şeyləri dərd etməyin pdf,Xırda Şeyləri Dərd Etməyin,xirda seyleri derd etmeyin oxu