Oşonun “Tale, Azadlıq və Ruh: Həyatın mənası nədir?” kitabı insanla əlaqədar sualları dərin bir şəkildə araşdırır.
Dünyanı hər kəsin öz gülünü ora gətirə biləcəyi bir bağa deyil, bazara çevirdik.
Tale, Azadlıq və Ruh, Oşo
Həyat haradasa səni gözləmir,o daxilində baş verir.Gələcəkdə çatacağın bir şey deyil, o indi, burada, bu dəqiqədədir-nəfəs alış-verişində, qanında dövr edir, ürəyində döyünür.
İnsanlar, sadəcə, sözləri eşidir və o sözlərə öz mənalarını yükləyirlər.
Öz qəlbini dinlə..
Gücdən daha yaxşı, insana heç bir şey öz gücsüzlüyünü hiss etdirə bilməz.
Sponsor Linklər
Sevgi əlkimyadır.Nəyi sevirsənsə, ona çevriləcəksən.Heç vaxt səhv şeyləri sevmə, çünki səni dəyişdirəcək.Heç nə sevgi qədər insanı dəyişdirə bilməz.Səni göylərə, yuxarılara qaldıracaq, sənin fövqündə olan şeyləri sev..
Sənə özün olmaqdan başqa hər şeyi öyrədirlər. Bu hər kəsi yazıq hala gətirdiyi üçün mümkün olan ən çirkin ictimai quruluşdur.
Mənəviyyatlı insan dünyəvi şeylər üçün narahat olmur
İşləməyin, çalışmağın, cəhdlərin, mübarizənin, qalibiyyətin vurğulandığı elə bir dünya yaratdılar ki, demək olar ki, hər kəsi iş xəstəsinə çevirdilər – bu hətta əyyaşlıqdan da təhlükəlidir – çünki içki düşkünləri ən azı səhv şey etdiklərini hiss edirlər. İş düşkünləri isə doğru yolda olduqlarını düşünürlər, özləri kimi olmayan şəxsləri isə tənbəl, dəyərsiz adlandırır, onların yaşamaq haqqını belə inkar edir, onlara artıq yük kimi baxırlar.
Yaş fərqi, cahillik və bilik arasında fərq deyil.
Peşə, siyasət, din vacib olmağa başladı və şeriyyət, musiqi, rəqs, sevgi, dostluq, gözəllik, həqiqət, hamısı həyatından yoxa çıxdı.
Tale, Azadlıq və Ruh, Oşo
Ölüm gəldikdə o da həyatdan fərqli bir şey olaraq görünməz.O həyatın bir hissəsidir, sonu deyil.Digər hadisələr kimidir: Sən uşaq idin və uşaqlıq birdən yoxa çıxdı, gənc adam oldun sonra gənclik yox oldu və sən qoca birisi oldun, daha sonra qoca adam yoxa çıxdı- görün nə qədər şey baş verdi ! Niyə ölümün də digər hadisələr kimi baş verməsinə imkan vermirsən ?
Hazz almaq mərkəzləşmənin səsidir. Nə vaxt bir şeydən həzz almırsansa, mərkəzdən uzaqlaşırsan. Onda özünü buna məcbur etmə, ehtiyac yoxdur. İnsanlar dəli olduğunu düşünürlərsə, qoy düşünsünlər. Bir neçə gündən sonra öz təcrübənlə özünü necə yarımçıq buraxdığını hiss edəcəksən. Həzz almadığın min bir şey edirdin, hələ də edirsən, çünki belə öyrədiblər. Sadəcə, vəzifəni yerinə yetirirsən.
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Əgər bir uşağa öz yolunda böyüməsinə icazə verilsəydi, oturuşmuş maraqlara faydalı olub-olmayacağını necə bilmək olardı? Cəmiyyət belə bir riskə girməyə hazır deyil. O, uşağı ələ keçirir və onu cəmiyyətin ehtiyacı olan bir qəlibə salmağa başlayır. Müəyyən mənada, uşağın ruhunu öldürür və ona öz ruhunu və varlığını heç vaxt istəməyəcəyi səhv bir kimlik verir. Bu səhv kimlik bir əvəzedicidir. Amma bu əvəzedici, sadəcə, eyni, bunu sənə verən camaat içində yaşadıqda faydalı olur. Yalnız olduğun an, bu səhv bölünməyə və boğulmuş həqiqət özünü ifadə etməyə başlayır. Yalnızlıq qorxusunun səbəbi budur.
Bu dünyada tək xoşbəxtlik özün olmaqdır.Heç kim özü olmadığına görə hər kəs maskaların, göstərişlərin, və riyakarlıqların altında gizlənməyə çalışır.Olduqları şeydən utanırlar.
Dünyanı hər kəsin öz gülünü ora gətirəcəyi bir bağa deyil, bazara çevirdik. Həmişəbahar çiçəklərini gül açmağa məcbur edirik – o haradan gül gətirsin axı ?
O güllər plastik olacaq, həmişəbahar çiçəkləri qəlbinin dərinliklərində ağlayacaq və ” çoxluğa qarşı gələ biləcək qədər cəsur ola bilmədik. Bizi plastik gül olmağa məcbur etdilər. Bizim özümüzə aid əsl çiçəklərimiz var – amma onları göstərə bilmərik ” deyə utanacaqlar.
İnsanlar sevgi kimi gözəl bir şeyi də məhv etdilər. Evə gəlir və həyat yoldaşını öpürsən, çünki belə olmalıdır, belə etməlisən. İndi öpmək kimi gözəl bir şey, çiçək kimi gözəl bir şey məhv edildi. Yavaş-yavaş ondan həzz almayaraq, həyat yoldaşını öpəcək, başqa insanı öpməyin həzzini unudacaqsan. Qarşılaşdığın hər kəslə al verib görüşürsən – bu çox soyuqdur, içində heç bir məna, heç bir mesaj yoxdur, ondan istilik gəlmir. Sadəcə, bir-birini sıxan və salam deyən ölü əllərdir. Sonra yavaş-yavaş bu ölü və soyuq hərəkətə öyrəşməyə başlayırsan. Donub bir buz parçasına çevrilirsən. Sonra da “mərkəzə necə girə bilərəm?” deyə soruşursan
Səmimi, sevgi dolu, xoşbəxt oldugun zaman, rəqs və həzz ilə axdığın vaxt mərkəz hazırdır. Bu səndən asılıdır. Sadəcə, həqiqətən etməkdən həzz aldığın və həzz aldığın şeyləri etməyə davam elə. Həzz almırsansa, dur. Həzz alacağın başqa bir şey tap.
Daxilində səndən daha yüksək, səndən daha böyük bir şey var və bunu sərhədləri olan bir yerə gömməyin heç bir yolu yoxdur. Bunu şəxsi həyatında da görə bilərsən. Pul və güc axtarışında olsan, hər dəfə onları əldə etdikdə məğlub olduğunu anlayacaqsan.
Hər dəfə bir şeyə nail olduqda, bu nailiyyət məğlubiyyətini anlamaqdan başqa bir şey gətirməyəcək. Pulun var, amma sən həmişəki kimi, hətta daha da narahatsan. Gücün var, amma sən hər zamankı kimi acizsən. Gücdən daha yaxşı, insana heç bir şey öz gücsüzlüyünü hiss etdirə bilməz. Belə ki, var-dövlətdən daha yaxşı insana heç nə öz daxili yoxsulluğunu göstərə bilməz. Kənarda hardasa var-dövlətinin olduğunu görsən də, daxilində hələ də arzulayan, istəyən, can atan və araşdıran bir dilənçisən.
Tale, Azadlıq və Ruh, Oşo
Oşonun məşhur kitablarından mənalı sözlər
Axtarış sözləri: Oşo sözləri, tale azadlıq və ruh pdf,oso sozleri, oso sozleri,osho sözləri, tale ve azadliq ve ruh