Elxan Elatlının On dördüncü adam kitabından mənalı sözlər | Kitab sözləri

elxan elatli on dorduncu addim kitabi elxan elatlinin
3.3
(3)

Kitab haqqında qısaca..
Detektiv əsərlər müəllifi Elxan Elatlının “On dördüncü adam” romanı bir insanın gəncliyində buraxdığı səhv ucbatından yaşadığı faciəli həyatdan bəhs edir. Əsər detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib.


Həyatda bəlkə də təsadüf deyilən bir şey yoxdur. Qarşına çıxan yollardan hansısa birini özün seçirsən. Bu zaman ya hansı yolu seçəcəyin barədə kifayət qədər düşünüb-daşınırsan, ya da bəxtinə güvənərək gözüyumulu addım atırsan.

Elxan Elatlı, On Dördüncü Adam

Zaman kiməsə sürətli, kiməsə yavaş görünən kələ kötür hərəkəti ilə qarşısına çıxan hər şeyə toxunub keçir və onların heç birini təsirsiz buraxmırdı. Nələrisə ayaqları altında əzib-tökür, sındırır, nələrinsə əyrisini,sınığını düzəldirdi

Mən alın yazısına, yəni başımıza gələcək hadisələrin əvvəlcədən yazıldığına inanmıram. Ona inanıram ki, həyat yolumuzda hər dəfə irəli addım atanda qarşımıza çoxlu sayda yeni cığırlar açılır və biz bu cığırlardan birini seçib öz taleyimizi yaza-yaza ölümə doğru irəliləyirik.”

İnsan bütün ömrü boyu çox şeylər görsə də gördüklərinin az bir qismini dərk edir. Sadəcə baxıb keçir və elə bilir ki, hər şeyi anlayır.

Tanrı bizi hər an qarşımıza çıxan və geriyə dönüşü olmayan yeni həyat cığırlarının ən doğru olanına yönəltməyə çalışır. Biz isə bunu bəzən anlamır,bizi fəlakətə aparan yanlış cığıra düşürük

Elxan Elatlının On dördüncü adam kitabından mənalı sözlər

Əslində hər bir insanda mövcud olan vicdan adlı bir şey var ki, onun nə olduğunu indiyə kimi heç kəs tam mənası ilə anlamayıb. Bəlkə də vicdan bizim məkanı, forması, kimliyi və necəliyi barədə heç nə bilmədiyimiz Tanrının hər bir insanın içində qərar tutan zərrəsidir və məqamında dilə gəlib insana düz yol göstərir, onu ədalətə, dürüstlüyə səsləyir. İnsanlar həmin zərrənin adına “vicdan” deyirlər və deməli, əslində vicdanı olmayan insan yoxdur, sadəcə, vicdanının səsini dinləyib əməl edən, dinləyib əməl etməyən və ümumiyyətlə, dinləmək istəməyən insanlar bu dünyada.

Bəli, valideyn öz övladına verdiyi qədər ondan alır. Həm də məhz verdiyi qədər, artıq ya əskik mümkün deyil…

Ailə həyatı quracağın insan sənə ta xoşbəxtlik gətirəcək ya da bədbəxtlik. Bunun orta vəziyyəti yoxdur…

Qarşınızdakının nöqsanlarını deməyə isə heç tələsməyin. Əgər o, pis adamdırsa, deməli, özünü hamıdan yaxşı hesab edir və sənin iradlarını paxıllıq kimi qəbul edəcək. Əgər həqiqətən yaxşı adamdırsa üzüləcək, ruhdan düşəcək. Bir də axı o, öz nöqsanlarını səndən də aydın görür və bilir. Onun bilmədiyi yaxşı cəhətləridir ki, sən də əgər xain, paxıl biri deyilsənsə, ona bunları xatırlat.

Bəzən həyatda belə olur. Keçmişdəki bütün pis şeyləri unudub yalnız gələcəyə baxaraq irəliləmək istəyirsən, birdən keçmişinin artıq unutduğunu zənn etdiyin bir parçası qabağına çıxır. Həmdə qorxunc kabus şəklində.

Bir insanin heyatini tam oyrenmek ucun ele butov bir insan omru lazimdir.

Xəyalı onu ötən əsrin 80-ci illərinə aparmışdı…
Sözə baxın:”ötən əsr…”
Naşükür insan bəzən ömrün çox qısa olmasından gileylənir. Əslində isə insan ömrü kifayət qədər uzundur.

Qarabağda vuruşduğu könüllülər batalyonunda hamı onu qəhrəman sayırdı. “Sənə mütləq Azərbaycanın Milli Qəhrəmanı adı verilməlidir” deyirdilər. Ancaq igidliyin də, cəsarətin də növləri, çalarları olurmuş. Çəkinmədən, ölümdən qorxmadan, tərədddüd etmədən əlisilahlı mənfur yağıların üstünə şığıyan Firdovsi adi həyatda Nədimədən qorxub onun qarşısında müti birinə çevrilmişdi.

Nilufər özünü unudub nəsə barədə saatlarla danışsa da, əri sakitcə oturub onu axıra kimi dinləyirdi, Kişinin təkcə elə bu xasiyyəti, yəni hayat yoldaşını dinləyə bilməsi kifayət idi ki, həyat yoldaşı onu özünün ən yaxın adamı hesab etsin…

Və insan məhz qorxduğu adama nifrət edir.

Bəlkə də vicdan bizim məkanı, forması, kimliyi və necəliyi barədə heç nə bilmədiyimiz Tanrının hər bir insanın içində qərar tutan zərrəsidir və məqamında dilə gəlib insana düz yol göstərir, onu ədalətə səsləyir.

Biz çox vaxt özümüz də bilmədən taleyimizlə qumar oynayırıq. Ya uduruq, uduzuruq və bu zaman bizə uduzduqlarımızı təkrar geri qaytarmaq imkanı verilmir…

İnsanın yaxşı cəhətlərini sağlığında üzünə deyib onu fərəhləndirmək ən düzgün əməllərdən biridir. Bu, eyni zamanda həmin adamın məsuliyyətini artırır, onu daha yaxşı olmağa sövq edir.

Dindar olmayan Qasımlı qadının öz saçını yad kişilərin gözlərindən nəyə görə gizlətməli olduğunu anlaya bilmirdi. Yəni doğrudanmı bunu Tanrı hökm etmişdi? Deməli, O, öz yaratdığı qadınlara daha yaraşıqlı, daha cazibədar görünmələri üçün uzun, gözəl saç verir, sonra da deyir ki, bunu başqalarından gizlət? Nə isə…

Hiss edirdi ki, oğlu öz şirin gülüşü, şən qığıltısı, məzəli əl-ayaq hərəkətləri, bir sözlə, öz kiçik varlığı ilə ona çox şey verir.

sponsor 3

Əgər bir mühit canlını dərhal öldürmürsə, onda o canlı mütləq bu mühitə alışır. Gec, ya tez…

Yaşadığı o ömürlər sanki eyni insanın yox, başqa-başqa adamların ömrü imiş kimi müxtəlif ömürlər idi. Təkcə adları eyni idi o adamların..

İnsan yalnız irəli- öz sonluğuna doğru getmək üçün qarşısına çıxan yeni cığırlardan nisbətən daha məqsədəuyğun olanını seçmək məcburiyyətindədir

Bax, bu xalqı rüşvətə belə alışdırmışdırlar iki yüz il boyu. Və elə alışdırmışdırlar ki, indiyə kimi canından çıxmırdı…

İctimaiyyət arasında çox vaxt valideyn-övlad mü nasibətlərində yalnız valideynin övlada verdiklərin dən, onun uşağı böyütmək yolunda necə əzablara qat laşdığından söhbət açılır. Dünyaya gəlmiş körpənin öz gəlişi ilə valideynlərinə verdiyi dünya boyda sevinc, fǝrǝh, xoşbəxtlik isə unudulur. Unudulur ki, Nyuton mexanikasının “təsir əks-təsirə bərabərdir” kimi ifadə olunan üçüncü qanunu təkcə fizika qanu nu olmayıb, eyni zamanda bütün həyat fəlsəfəsinin əsas qanunlarından biridir. Yəni yalnız mexaniki qüv vələrin yox, bütün həyati proseslərin xarakterini özündə əks etdirir.

Bəli, valideyn öz övladına verdiyi qədər ondan alır. Həm də məhz verdiyi qədər alır, artıq, ya əskik mümkün deyil…

Bəzən cəmiyyətdə övladları tərəfindən atılmış, yaxud daha pis halda, təhqir olunmuş, fiziki-mənəvi zərbələrə məruz qalmış valideynlərin ağrılı problem ləri qabardılır, bütün günah övladların üzərinə atı lırdı. Xüsusilə son illər televiziya verilişlərində belə problemlər daha tez-tez gündəmə gətirilirdi. Qasımlı bu tip verilişləri adətən izləmirdi. Lakin rastina çıxan belə məqamlarda acınacaqlı duruma düşmüş valideynlərə müəyyən qədər acısa da, özlüyündə tam əminliklə düşünürdü ki, həmin valideyn həyatı boyu buraxdığı səhvlərin təbii nəticəsini görür, vəssalam.

Yaxşılıq etdim deyə sevinməyə, pislik etdim deyə kədərlənmə tələsməyin. Nəyin yaxşılıq, nəyin pislik olduğunu zaman göstərəcək.

Məşhurlardan Məşhur Sitatlar
Məşhur romanlardan sitatlar


Elxan Elatlının “On dördüncü adam”,elxan elatlı 14 cü adam,elxan elatlı on dördüncü adam,elxan elatli kitablari,elxan elatlı kitapları,elxan elatlı kitabları,Elxan Elatlı, On Dördüncü Adam, Kitab sözləri, Kitab sozleri, kitablardan sitatlar,

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3.3 / 5. Səs sayı: 3

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir