anna karenina kitabi lev tolstoy kitab sozleri
2.5
(4)

Və əgər birini sevirsənsə, onu sənin istədiyin kimi deyil, olduğu kimi qəbul edib bütünlüklə sevirsən.

Lev Tolstoy , Anna Karenina

Məhəbbətin nə olduğunu bilmək üçün səhv etmək və sonra bu səhvi düzəltmək lazımdır…

Azadlıq? Azadlıq nəyə lazımdır? Xoşbəxtlik sevməkdən və arzu etməkdən ibarətdir, xoşbəxtlik sevgilinin istəkləriylə, fikirləriylə yaşamaqdadır, yəni heç bir azadlıq olmamalıdır – budur xoşbəxtlik!

Bəli! O bağışlamayacaq və bağışlaya bilməz də. Ən dəhşətlisi budur ki, bütün günahlar məndədir, günahkar mənəm, amma mənim də təqsirim yoxdur. Bütün müsibət də bundan ibarətdir,—deyə düşündü.

Ancaq yaxşılığı elə etmək lazımdır ki, heç kəs bu barədə heç bir şey bilməsin.

O, özü üçün yaşamır. Onun bütün həyatı bir məqsədə tabedir. Buna görə də o, sakit və məmnundur.
Günün tələbiylə yaşamaq, yəni fikrini dağıtmaq və unutmaq lazım idi…

Dəhşətli odur ki, biz yaşlı adamlar, keçmişimizdədə məhəbbət yox , günahları olan biz… birdən məsum və pak bir məxluqla yaxınlaşırıq; bu, iyrəncdir, buna görə də özünü ləyaqətsiz biri kimi hiss etməmək mümkün deyil.

Heç kim öz var-dövlətindən razı deyil, ancaq hamı öz ağlından razıdır.

Başların sayı qədər ağıl varsa, onda ürəklərin sayı qədər sevgi var.

Şübhələndiyimdə ümidim var idi.

Həzz həqiqətin kəşfində yox, onun axtarışındadır.

Lev Tolstoy , Anna Karenina

Xeyirxahlığa səbəb varsa, o artıq xeyirxahlıq deyil. Nəticə və mükafat varsa, o, yenə xeyirxahlıq deyil.

Yalnız əzmlə öz məqsədinə doğru getmək lazımdır,o zaman mən istədiyimə nail olacağam…

Ailə həyatında qəti qərara gəlmək üçün ya ər arvad arasında çəkişmə, yada razılıq olmalıdır…

Sənin qəlbində onu bağışlayacaq qədər məhəbbət varmı?

Bir təsəlli varsa, o da , həmişə sevdiyim duada deyildiyi kimi, məni layiq olduğum üçün deyil , mənə rəhmin gəldiyi üçün əfv et. O da məni yalnız bu cür bağışlaya bilər.

Mənim həyat tərzim sizin xoşunuza gələ də bilər, gəlməyə də bilər, lakin mənim üçün bunun qətiyyən fərqi yoxdur: əgər məni tanımaq istəyirsinizsə, mənə hörmət etməlisiniz.

-Xalqı necə maarifləndirmək olar?
-Xalqı maarifləndirmək üçün 3 şey lazımdır: məktəb, məktəb, məktəb!

Başa düş ki, iki cür qadın var: biri yalnız öz hüquqlarını qoruyur və bu hüquqlar da sənin məhəbbətindir ki, artıq sən bunu ona verə bilmirsən; digərisə hər şeyini sənə qurban verir və əvəzində səndən heç nə tələb etmir.

Bax sən yalnız ülvi, pak qadınların olduğunu bilirsən… belə qadınları ancaq yuxuda görmək olar… Belə qadınlar həyatda adama rast gələndə… çox dəhşətli olurlar. Bilirsənmi, qadın elə bir şeydir ki, onu nə qədər öyrənirsən öyrən, yenə də onda təzə bir şey tapacaqsan.

Öz ruhumuzun dərinliklərini araşdırarkən biz çox vaxt orada sezilmədən yatıb qalan şeyləri üzə çıxarırıq.Sənin hisslərin – sənin öz vicdanına  aid bir məsələdir.

-Tutaq ki,sən evlisən, arvadını sevirsən, lakin başqa bir qadına məftun olmusan.. -Bagışla,mən bunu qətiyyən anlamıram…bu,ona oxşayır ki,burada doyunca yedikdən sonra çörək dükanının yanından keçəndə əl atıb çörək oğurlayırsan.

  … inan ki, min qadınla oturub-durmaqdansa, təkcə öz arvadını, sevdiyin qadını tanımaqla sən bütün qadınları daha yaxşı tanımış olacaqsan.

Lev Tolstoy , Anna Karenina

YAZIYA QİYMƏT VER!😉

sponsor 3

Ortalama 2.5 / 5. Səs sayı: 4

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir