Eşqdir hər iki dünyaya ziynət,
Eşq ilə dolanır bütün təbiət.
– M. Füzuli
Yaşamaq gərçi xoş əməl,
Yaşatmaq daha gözəl.
– Hüseyn Cavid
Eşqdir hər iki dünyaya ziynət,
Eşq ilə dolanır bütün təbiət.
– M. Füzuli
Gözdən yaş çıxarmı ürək yanmasa?
– Mikayıl Müşfiq
Qəlbimin buludlu səmalarında. Titrəyən bir qərib ulduzdur eşqim!
– Mikayıl Müşfiq
Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.
– Əliağa Vahid
Sponsor Linklər
Əlbəttə, fəlsəfə ağlın qüdrəti,
Bir də ürəklərin saf məhəbbəti!
– Səməd Vurğun
Elmdir cümlə sənətin dəyəri,
Elmsiz sənətin nədir səməri?
– Abbas Səhət
Qılınc bu gün varsa, sabah pas tutar,
Sözünsə qılıncı həmişə parlar.
– Bəxtiyar Vahabzadə
Dilin bəlasıdır uzunçu olmaq,
Ariflər işidir sükuta dalmaq.
– Nizami Gəncəvi
Düzlük istəyənin ən əvvəl özü,
Əgər düz olmasa; vay o düzlüyə!
– Bəxtiyar Vahabzadə
Belə məsəl çəkmiş aqil bir insan:
Qurd girməz sürüyə yatmasa çoban.
– Nizami Gəncəvi
Qalib gələcəkmi cahanda kamal?!
– Səməd Vurğun
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
– Hüseyn Cavid
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Cahanda hər hökmü bir zaman verir,
Dünən fərman verən bu gün can verir.
– Səməd Vurğun
Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur.
– Cəlil Məmmədquluzadə
Ey müqəddəs həyat!
Müqəddəs insan!
Sənə ilham verən yalnız ürəkdir.
Ayıl məclislərin sərxoşluğundan
Ömür röya kimi boş keçəcəkdir!
– Səməd Vurğun
Qadın gülərsə şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
– Hüseyn Cavid