Opera ve balet teatri haqqinda melumat
4.3
(38)

Opera və balet teatrının tarixi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Birləşmiş Dövlət Teatrı kimi 1920-ci ildə yaradılıb. 1924-cü ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrı (Azərbaycan və rus bölmələri ilə) fəaliyyət göstərib.

Azərbaycanda ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək təməli 1910-cu ildə qoyulmuş binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir. Bu tarixi sənət məbədi 1959 – cu ildən Akademik Opera və Balet Teatrı adlanır.

Opera ve balet teatrinin tarixi haqqinda melumat
Opera və balet teatrının tarixi

Binanın yaranış hekayəsi

1910–cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadına vurulur və ondan bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa “heç vaxt!” deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: “Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?” Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.

Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri – mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Hacı çəkəcək.

Beləliklə, cəmi on ay ərzində – 1910 – 1911-ci illərdə memar N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir. Bu sənət məbədi 1959 – cu ildən Akademik Opera və Balet Teatrı adlanır.

Opera və balet teatrında qoyulmuş tamaşalar haqqında

320px Leyli and Majnun opera 1908 1
“Leyli və Məcnun” operası

Azərbaycan milli opera sənətinin tarixi
Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 12 (25)-ndə
tamaşaya qoyulmuş “Leyli və Məcnun” operasından başlanır. Opera, Məhəmməd Füzuli tərəfindən XIV əsrdə yazılmış “Leyli və Məcnun” faciəsinin motivləri əsasında yazılmışdır.

İnqilaba qədərki dövrdə Z.Hacıbəyovun “Aşıq Qərib” (1916), Müslüm Maqomayevin “Şah İsmayıl” (1919) operaları tamaşaya qoyulmuşdu. Teatrın repertuarı ənənəvi klassik opera formasında yazılmış “Şahsənəm” (1927, R.Qlier), “Nərgiz” (1935, M.Maqomayev) və “Koroğlu” (1937, Ü.Hacıbəyov) operaları ilə zənginləşdi.1940-cı ildə ilk milli Azərbaycan baleti – “Qız qalası” (E.Bədəlbəyli), “Vətən” (1945, Q.Qarayev və C.Hacıyev), “Xosrov və Şirin” (1942, Niyazi) “Nizami” (1948, E.Bədəlbəyli) operaları tamaşaya qoyulmuşdur.

Həmçinin müxtəlif dövrlərdə Opera və Balet Teatrının səhnəsində bir çox dünya şöhrətli sənətkarlar – Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arxipova, Mariya Bieşu, Yelena Obraztsova,Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko, Monserrat Kabalye, Anastasiya Voloçkova, Svetlana Zaxarova və başqaları çıxış etmişlər. Bu gün də görkəmli səhnə ulduzlarının iştirakı ilə dünya baletinin məşhur nümunələri teatrda nümayiş etdirilir.

1950-ci illərdən etibarən Akademik Opera və Balet Teatrı öz inkişafının yeni, daha da səmərəli mərhələsinə qədəm qoymuşdur. Bu illərdə “Sevil” (1955, F. Əmirov), “Azad” (1957, C. Cahangirov) “Vaqif” (1960, R. Mustafayev), “Bahadır və Sona”(1961, S. Ələsgərov), “Ölülər”(1963, V. Adıgözəlov), “Söyüdlər ağlamaz”(1971, Ə. Bədəlbəyli), “Aygün” (1973, Z. Bağırov), “Gəlin qayası” (1974, Ş. Axundova), “Aldanmış ulduzlar” (1977, M. Quliyev), “Xanəndənin taleyi” (1979, C. Cahangirov), “Natəvan” (2003, V. Adıgözəlov) və s. operaları uğurla səhnələşdirilmişdir. Bundan başqa, “Yeddi gözəl” (1952, Q.Qarayev), “Qaraca qız” (1965, E.Abbasov), “İldırımlı yollarla” (1961, Q.Qarayev), “Məhəbbət əfsanəsi” (1962, A.Məlikov), “Muğam” (1972, N. Əliverdibəyov), “Çitra” (1972, Niyazi), “Min bir gecə” (1979, F. Əmirov), “Babək” (1986, A. Əlizadə), “Ağ və qara” (2000, X. Mirzəzadə), “Eşq və ölüm” (2005, P. Bülbüloğlu) və s. baletləri tamaşaya qoyuldu və tezliklə bütün dünyada uğurla qarşılanmışdır.

Opera və balet teatrı müasir dövrdə

Hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı paytaxtımızın aparıcı sənət ocaqlarındandır. Repertuarında milli, klassik opera və balet sənətinin dəyərli nümunələri yer alır. Teatrda xor kollektivi, opera truppası, simfonik orkestr və balet truppası fəaliyyət göstərir.
Teatrın binasında dəfələrlə bərpa işləri aparılıb. Əsaslı bərpa işlərindən biri 1985-ci ildə yanğından sonra 1987-1988-ci illərdə həyata keçirilib. Sonrakı illərdə də binada cari təmir işləri görülüb.

5 may 2022-cil ildən etibarən Opera və Balet Teatrında əsaslı təmir və bərpa işlərinə başlanılıb.  Bİnanın fasadı təmir olunub, teatrın damında iki yeni günbəz quraşdırılıb.

Öz memarlığı ilə seçilən bənzərsiz sənət abidəsi Azərbaycanın tarix incilərindən biri kimi qorunub saxlanılır və gələcək nəsillərini yolunu gözləyir.


Axtarış sözləri: opera və balet teatrının tarixi və teatrda qoyulmuş tamaşalar haqqında,opera teatrının tarixi,opera teatrı,opera və balet teatrının tarixi haqqında məlumat,opera və balet teatrı haqqında məlumat,opera ve balet teatri haqqinda melumat,opera və balet haqqında məlumat

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.3 / 5. Səs sayı: 38

İlk səs verən sən ol!

One Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir