Öz dilimizdə maraqlı videolar paylaşan Youtube kanalları

maraqli youtube kanallari azerbaycan youtube
0
(0)

Youtube hər nə qədər çöp və bayağı videolarla dolub-daşsa da, burda kəşf edilməyi gözləyən minlərlə yeni kanal var ki, izləyicilərinin yolunu gözləyir.
ℹ Kanalın adına klik edərək youtube səhifəsinə keçid edə bilərsiniz.

  • MILLIONAIRESIS – YouTube
    Abonə: 16,7 min

    Biznes dünyasının bilinməyənlərini bilmək, internetdən pul qazanmaq və uğur hekəyələri günlük motivasiyanızı yüksəltmək istəyirsinizsə elə indi bu kanalı kəşf edin.
    MILLIONAIRESIS sizi uğura daha yaxın edəcək!

    • Söhbətgah – YouTube
      Abonə: 28,1 min

      Fərqli bir mövzu ətrafında qonaqları ilə fikir alış-verişi edən və təzadlı baxış bucaqları bu söhbətləri daha da dadlandıran bir youtube kanalı.

    • BB Production – YouTube
      Abonə: 16,7 min

      Öyrənmək, inkişaf etmək və daha güclü olmaq üçün sizə rəhbərlik edə biləcək bir kanal.

    • Azərbaycanca Dublaj Filmlər – YouTube
      Abonə: 7,07 min

      Xarici filmləri öz dilimizdə dublajlı izləyə biləcəyiniz bir kanal.

    • Sənə Maraqlıdırsa – YouTube
      Abonə: 252 min

      Daha sağlam bir həyat tərzi üçün faydalı tövsiyə və məsləhətləri izləyiciləriylə paylaşan bir youtube kanalı.
    • Zülfü ilə təbiət – Nature with Zulfu
      Abonə: 2, 39 min

      Təbiətin möcüzəvi və heyrətamiz heyvanlar aləmini öz dilimizdə bəlgəsəllər çəkərək bizi məlumatlandıran maraqlı bir kanal.

    • Healthier Azerbaijan – YouTube
      Abonə: 4,03 min

      Bu kanalda, sağlam reseptlər, sağlam vərdişlər və həyat tərzimi əks etdirən, sizi ilhamlandıracağını düşündüyüm vloglar tapa bilərsiniz!

    • Technote – YouTube
      Abonə: 95,6 min

      Azərbaycanda və dünyada texnologiya, sosial media, elektron ticarət, rəqəmsal marketinq və startap sahələrində baş verən ən son yenilikləri doğma dildə öz istifadəçi kütləsinə çatdıran yerli informasiya agentliyi.

    • Online Kurs – YouTube
      Abonə: 15,6 min

      Xarici dil öyrənmək, dil biliklərinizi və bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün yaradılmış bənzərsiz bir kanal.

    • Əkinçi – YouTube
      Abonə: 18,1 min

      Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə ediləməyən mövzuların, yeni və maraqlı fikirlərlə dolu videoların yer aldığı maraqlı bir layihə.

    • QorqudFilm – YouTube
      Abonə: 5,81 min

      Ana dilimizdə səsli kitabları dinləyə biləcəyiniz faydalı bir kanal.

    • BIZNESKAR – YouTube
      Abonə: 8,59 min

      Bizneskar biznesə dəstək və sahibkarlara dəyərli məsləhətlərlə kömək etmək üçün yaradılmış bir layihədir.
      Biznes dünyasına ilk addımı atmaq ya da öz biznesinizi inkişaf etdirmək istəyənlər mütləq bu kanalı kəşf etsin.

    • LEYLA KHANAHMAD AZE – YouTube
      Abonə: 60,2 min

      Bu kanalda şəxsi inkişaf və xaricdə təhsillə bağlı bir-birindən faydalı videolar yer alır.

    • Psixologiya İnstitutu – YouTube
      Abonə: 1,74 min

      Adından da göründüyü kimi, bu kanalın mövzusu psixologiya elmidir. Psixologiya İnstitutu kanalını izləyərək bilinməyən psixoloji faktlardan və gerçəklərdən xəbərdar olacaqsınız.

    • Taleh Məmməd – YouTube
      Abonə: 12,7 min

      Araşdırıb öyrənən, bilik və təcrübələrini insanlarla bölüşən bir youtuber. Bu kanalda sizi bir-birindən maraqlı məlumatlar gözləyir.

    • Bilgişünas – YouTube
      Abonə: 1,88 min
      Bu kanal bir insanın həyatı boyunca ona lazım olacaq bir çox faydalı məlumatları paylaşır.

    • Business Talks – YouTube
      Abonə: 11,3 min

      Business Talks – Biznes, İqtisadiyyat, Marketinq, İdarəetmə, Psixologiya kimi sahələrlə bağlı paylaşımlar edən bir platformadır. Bu layihə öz biznesini qurmaq istəyən və ya artıq öz biznesi olan, şəxsi inkişafa nail olmaq istəyən insanlara peşəkar komandamızın hazırladığı paylaşımlarla ödənişsiz dəstək göstərir.

    • Bilgilen – YouTube
      Abonə: 3,31 min

      Bir-birindən maraqlı məlumatlar və faktları izləyiciləri ilə paylaşan bilgi kanalı

      Sizin də maraqlı hesab etdiyiniz, youtube kanalları varsa, şərhlər bölməsində digər oxucularımızla paylaşaraq bizləri sevindirə bilərsiz..

      Açar sözlər: maraqlı Youtube kanalları,Azərbaycan Youtube kanalları, Faydali youtube kanallari



    YAZIYA QİYMƏT VER!😉

    Ortalama 0 / 5. Səs sayı: 0

    İlk səs verən sən ol!

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir