Uşaqlar üçün Yeni İl Mahnıları, Yeni il mahnisi

2
(4)

Şaxta baba, qış baba mahnısı

Uşaqlar üçün Yeni İl Mahnıları

Söz: Mehdi Seyidzadə
Musiqi: Səid Rüstəmov

Keçdi dəniz, aşdı dağ
Gəldi bizə bir qonaq,
Saçları qardan dümağ,
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

Çöldə çıxıb qar dizə,
Yolka qonaqdır bizə.
Nəğmə deyib üz-üzə
Söylədik: alqış, baba,
Şaxta baba, qış baba!

Burda verib əl-ələ,
Oynayırıq bax belə
Səs yayılır hər elə:
Ay sənə alqış, baba,
Şaxta baba, qış baba!


Şən Yolka mahnısı

Sözləri Tofiq Mütəllibov
Musiqisi Ağabacı Rzayeva

Geyinibsən al-əlvan,
Budaqların çıraqban,
Dövrə vurub qız-oğlan
Nəğmə deyir şən yolka,
Sən nə gözəlsən, yolka.

Dildə gəzir sorağın,
Bəzənib hər budağın,
Şaxta baba qonağın
Olmuş sənin şən yolka,
Sən nə gözəlsən, yolka.

Çölü-meşəni bəzə,
Düzləri gəzə-gəzə
Hər il qonaq gəl bizə
Könül açan şən yolka,
Sən nə gözəlsən, yolka.


Qar mahnısı yeni il üçün

Bəyaz paltar geydi dağ, təpə, meşələr,
Bəyaz örpək örtdü üstünə çəmənlər.
Yollar buz bağladi,çaylar piçildadi
Söylədi -təzə il gəlir!
nəqarət;
Bax qara, qara bax,yağir gətirir sorağ,
Dekabirin son günü gələcək bizə qonaq.
ii
İiin fəsilləri gözəldir , gözəldir,
Günəş, yağiş ,külək -onlar;n bəzəyidir.
Yaz sərin, yay isti, payiz isə küləkli,
Qiş – boran şahta gətirir.


“Yolka” mahnısı uşaqlar üçün

Söz: Yusif Həsənbəy
Mus: Oqtay Zülfüqarov

1.
Geydi ağ köynəyini yenə el-oba,
Xoş gəldin, Şaxta baba, mehriban baba.
Yandırdın yolkamızda işıqları sən,
Sevindirdin gülərüz uşaqları sən.

Nəqarət:
Yolka, yolka, şən mehriban yolka,
Əziz yolka, can yolka.
Əziz çağların var, oyuncaqların var,
Dövrəndə nə çoxlu uşaqların var.

2.
Mahnı deyir, oynayır qaz, ördək, ayı,
Uşaqlar, ay uşaqlar, çalın, oynayın.
Yayılsın hər tərəfə nəğmələrimiz,
Birləşək yolkamızın ətrafına biz.

3.
Sən gedərsən bir zaman, təzə il gələr,
Gətirər özüylə o, təzə nəğmələr
Onda yenə hamımız tutub əl-ələ
Oynayarıq, gülərik min sevinc ilə.


Yeni il gəldi mahnısı

Sözləri: Hikmət Ziya
Musiqisi: Musa Mirzəyev

[Bənd 1]
Süd kimi ağ qar ilə
Çoxlu çoxlu bar ilə
Süd kimi ağ qar ilə
Çoxlu çoxlu bar ilə
Qış ilə, bahar ilə

[Nəqərat]
Yeni il gəldi, yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi
Yeni il gəldi, yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi
[Bənd 2]
Dekabrın son günü
Bizə tutub üzünü
Dedi ürək sözünü

[Nəqərat]
Yeni il gəldi, yeni il gəldi
Görürmü özünü yeni il gəldi
Yeni il gəldi, yeni il gəldi
Görürmü özünü yeni il gəldi


[Bənd 3]
Bəzənmişdir yolkalar
Oların da sözü var
Bilsin ellər, obalar

[Nəqərat]
Yeni il gəldi, yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi
Yeni il gəldi, yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi

[Bənd 4]
Sevinclə gülə-gülə
Aydın səhərlər ilə
Yeni zəfərlər ilə
[Nəqərat]

sponsor 3

Yeni il gəldi, yeni il gəldi
Hər obaya-elə yeni il gəldi

Yeni il gəldi, yeni il gəldi
Hər obaya-elə yeni il gəldi.

“Yağsana qar” mahnısı

• Sözləri: Gülzar İbrahimova
• Musiqisi: Elşən Nicat

Uşaqlar üçün Yeni İl Mahnıları, Yeni il mahnisi, Usaqlar ucun yeni il mahnilari,yeni il mahnisi yukle, Yeni İl Mahnısı yüklə

2023 Nə ilidir?

YAZIYA QİYMƏT VER!😉

Ortalama 2 / 5. Səs sayı: 4

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir