Nifrətiniz elektrikə çevrilsəydi, bütün dünyanı aydınlatmağa yetərdi. – Nikola Tesla
Ən yaxşı həyat ən uzun olanı deyil, yaxşı əməllərlə ən zəngin olanıdır.- Mariya Küri
İnsanı ayaqda tutan skelet və əzələləri deyil, prinsip və inanclarıdır.- Albert Eynşteyn
Üç cür insan var: görənlər; göstərildikdə görənlər və görməyənlər.. – Da Vinçi
İbtidai həyat çox yayılıb, dərkedilmiş və səmərəli həyat isə çox nadirdir.- Stiven Hokinq
Elm hüdudsuz bir okeandır, mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik.- İsaak Nyuton
Ulduzların hərəkətlərini hesablaya bilərəm amma insanların dəliliklərini yox. – İsaak Nyuton
Möhtəşəm bir şey, bir yerlərdə kəşf edilməyi gözləyir.- Karl Saqan
Dahilər bulud arxasından çıxan Günəşə bənzər.- Nəsirəddin Tusi
Elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirt.- Nəsirəddin Tusi
Ölümə məhkum bir insanda yaşamaq eşqinin nə qədər güclü olduğunu təsəvvür edə bilsəydiniz, ən qüssəli günləriniz də sizə gözəl görünərdi. – İbn Sina
Məni iki şey heyran edir və düşündürür: başım üzərindəki ulduzlu səma və daxilimdəki əxlaq qanunu.- Immanuel Kant
Hətta ən kiçik varlığın hərəkəti bütün kainatda dəyişikliklərə gətirib çıxarır. Sivilizasiyanın yayılmasını odla müqayisə etmək olar. Bu, əvvəlcə zəif bir qığılcım, sonra sayrışan bir od, daha sonra isə sürətli və güclü bir alov. – Nikola Tesla
Yaxşı deil