Maraqlı Sözlər, maraqli sozler,maraqli statuslar maraqli soz aforizm
4.3
(23)

Maraqlı Sözlər başlıqlı bu postda həyatın qəribə məqamlarına toxunan bir-birindən maraqlı sözlər və aforizmlər yer alır. Xoş oxumalar..

Birlikdə gülürsüzsə – bu xoşbəxtlikdir, birlikdə ağlayırsızsa – bu dostluqdur, birlikdə susursuzsa – bax bu eşqdir.  -Qabriel Qarsiya Markes

Səmimiyyət – ürəklərin danışdığı bir dildir. Çoxunun ürəyi yetməz..

Almaz yonulmazsa, insan yanılmazsa mükəmməlləşməz. – Konfutsi.

Gözəlliyi sevgidə tapmaq lazımdır, güzgüdə deyil. – Taqor

Axmaq yüksək vəzifədə olanda hamı onu dahi zənn edir. – Helvetsi

Güclü bir qadını sevməkdən qorxma, çünki zamanı gələndə o, sənin tək ordun olacaq.

Mənim zarafat tərzim doğrunu söyləməkdir. Doğru dünyadakı ən gülməli zarafatdır. – Corc Bernard Şou.

Bəzi kişilər çox pulun bütün qızlara təsir edəcəyini sanar. Eynilə çox makiyajlı qadının, özünü çox gözəl sanması kimi…

Ağıl və ürək ac olduqca, qarının tox olmasından bir şey çıxmaz. – Mark Tven.

Qadınlar saçlarını rəngləyib, üzlərini bəzəyirlər, hətta plastik əməliyyata da əl atırlar Bundan sonra isə deyirlər ki,-ƏSL KİŞİ YOXDUR!

 Təkcə ər-arvad olmaq azdır. Dost və sevgili də olmaq lazımdır ki, sonra onları kənarda axtarmayasan…

Həyat bir pianodur. Ağ dilləri xoşbəxtlik və sevinc, qara dilləri isə qəm və kədərdir. Amma yaxşı musiqi ifa etmək üçün hər ikisinə də toxunmaq lazımdır.

Maraqlı Sözlər

İnsanın yanında dərman kimi adamlar olmalıdır, ağrılarını sakitləşdirən, əks təsiri olmayan… – La Edri

Əgər sevgi bir çiçəksə, hörmət onu qoruyan saxsıdır. .Çiçək solmağa başlamışsa diqqət yetirin saxsı mütləq çatlamışdır.

Həyat bəzən insanları bir-birindən ayırar ki, bir-biri üçün nə qədər böyük məna kəsb etdiklərini anlasınlar.

Bir insan bir yerə baxırsa orada maraqlandığı bir şey vardır. Bir insan bir yerə heç baxmırsa orada maraqlandığı bir şey mütləq vardır.

Yol sizi hara aparırsa oradan getməyin! Yol olmayan yerdən gedin ki iz buraxın”!

Pulun ala bilməyəcəyi bir şeyə sahib olmayana qədər zəngin deyilsiniz.

Adam olmaq, heç kim görməsə belə doğru olanı etməkdir.

Başqalarının həyatı sizə bu qədər maraqlıdırsa, kitab oxuyun.

Hər qadına sahib olmağa çalışan adam bir qadına həsrət qalar! Bir qadına sahib olan adam; hər qadını özünə heyran buraxar. – Viktor Hüqo

Dünyada 3 şey təhlükəlidir: uşaq əlində bıçaq, axmaq əlində hakimiyyət və yaltaq dilində tərif…

sponsor 3

Hər zaman tənbəl olanları işə götürürdüm, çünki tənbəl insanlar ən qarışıq işləri belə ən asan yoldan edirlər. – Bil Qeyts

Qəribədir ki, hər şeyi məhz yorğunluq yüngülləşdirir. -Ernest Hemingway

Deyirlər, qadın evdə oturub uşaq tərbiyə etməlidir. Maraqlıdır, elm və mərifətdən xəbərsiz bir insan övlad tərbiyə edə bilərmi?! Bir millətin gələcəyi olan nəsli savadsız qadına etibar etmək olarmı?! – Əli Şəriəti

Türk savaşanda şeytanı da cəhənnəmdən əsir alır! – Çingiz Xan

Əgər dünya bir dövlət olsaydı sənayesi Almanlardan,ordusu Türklərdən,fahişəsi Fransızlardan olardı.

  Azadlıq mədəniyyətin insana bir hədiyyəsi deyil. Heç mədəniyyət yox ikən insanoğlu çox daha azad idi.

Sağlam uşaqlar yetişdirmək, pozğun yetkinləri düzəltməkdən asandır.

Təhsilə pul ayırmamaqla “qənaət”edənlər,pulu həbsxana tikintisinə xərcləmək məcburiyyətində qalacaq.

Dünyanın problemi bu idi; Ağıllılar həmişə şübhə içindəykən, axmaqlar həyasızca özlərindən əmin idilər. -Bertrand Russell.

Dünya çox acı çəkir. Amma pis insanların şiddətindən deyil, yaxşı insanların səssizliyindən…

Uşaqlarınızı əsla ‘bu dünyada yaxşılar qalib gəlir’ deyə böyütməyin, onlara deyin ki: “Dünyada həmişə Arsızlar, hayasızlar, pislər və iki üzlülər qazanar amma sən qürursuz bir qələbənin, şərəfli bir məğlubiyətə əsla çata bilməyəcəyini bil və həmişə yaxşı qal.

Axtarış sözləri: Maraqlı Sözlər, maraqli sozler,maraqli statuslar

Bənzər yazılar:

Mənalı Sözlər
İngiliscə Mənalı Sözlər və Aforizmlər
Maraqlı Məlumatlar

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.3 / 5. Səs sayı: 23

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir