Dini Sözlər və Kəlamlar

Dini Sözlər və Kəlamlar dini kelamlar hikmetli kelamlar
4.6
(35)

Üç şеy insаnın böyüklüyünә dәlаlәt еdir: Gözәl әхlаq, səbrli davranmaq, nаmәhrәmә bахmаmаq.

Ən dəyərli sədəqə müsəlmanın elm öyrənməsi və onu başqalarına öyrətməsidir.

Allah ölümü və həyatı yaratdı ki, sizlərdən hansınızın yaxşı əməl sahibi olduğunu sınasın.

Əməllər niyyətə görə dəyər qazanır.

Allah nə zahiri görünüşünüzə, nə də var-dövlətinizə baxar. Ancaq ürəyinizə və işinizə baxır.

Ən üstün ibadət Allah və Onun qüdrəti barədə düşünməkdir.

Dini Sözlər və Kəlamlar dini kelamlar dini sozler dini sozler kelam dua

Dini Sözlər və Kəlamlar

Dini Sözlər və Kəlamlar dini kelamlar dini sozler dini soz kelam dua
Dini Sözlər və Kəlamlar



Ən xoş əməl başqalarının üzündə təbəssüm oyatmaqdır.

Yaxşılıq odur ki, əvvəldə hey bu gün-sabaha salınmasın və sonradan da minnət qoyulmasın.

Allah-təala duada israr edənləri sevər.

Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.”

Gözəl əxlaqa və saleh əmələ adət et ki, Allahın hüzurunda utanmayasan.

Pis işlərimizin ən güclü şahidi vicdanımızdır.

Allahın sənə verdiyi nemətləri itirmə; Onun verdiyi nemətlərin əsəri səndə görünməlidir.

Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur.
Əgər öz yaxşı işinə sevinib, pis işindən narahat olursansa, deməli, möminsən.

Dərd etdiyimiz qədər dua etsəydik, hər şey daha gözəl olardı..

Üzülmə!Duan varsa, duyan da vardır əlbət..

Dərdi ilə yatanı, Dərmanı ilə oyat ALLAHIM..

Qəlblər də mis kimi paslanar. Onları günahların bağışlanmasını diləməklə cilalayın.
Elm – xəzinə, onun açarları isə suallardır. Allah sizə rəhm eləsin, soruşun, çünki bu işdə dörd nəfər savab qazanar: soruşan, cavab verən, qulaq asan və onları sevən.
Hər şeyin zəkatı var. Elmin zəkatı da, onu öz əhlinə öyrətməkdir.
İbadət edənlər üç dəstədir. Bir dəstə Allaha qorxudan ibadət edər, bu qulların ibadətidir. Bir dəstə Allah-taalaya savab üçün ibadət edər, bu muzd alanların, tacirlərin ibadətidir. Bir dəstə də eşq və məhəbbətə görə Allaha ibadət edər ki, bu azad insanların, aşiqlərin ibadəti və ən üstün ibadətdir.
Həyatda olduğunuz müddətcə, Ömürü fürsət bilin. Bir müddət sonra həyat qapısı bağlanacaq, bu dünyadan ayrılacaqsınız. Gücünüz çatdığı müddətcə xeyirli işlər etməyi qənimət bilin. Tövbə qapısı açıqkən və əlinizdə bu imkan varkən bunu fürsət bilin. Tövbə edin. Dua etməyə imkanınız varkən, dua edin. Saleh kəslərlə birlikdə olmağı fürsət bilin.

YAZIYA QİYMƏT VER!😉

Ortalama 4.6 / 5. Səs sayı: 35

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir