Dərindən sevən ürəklər həssas olur. (Tereza Raken – Emile Zola )
Başlıcası odur ki, sağlam olum, özümü yaxşı aparım və həyatda sevinim. Əgər bu 3 bənd öz yerindədirsə, qalan şeylər yoluna düçəcək. ( Gündəlik – Anne Frank )
Zaman bütün yaraları sağaldır, siz bunu istəsəniz də, istəməsəniz də. -Stiven
Mәһәbbәtsiz ürәk, günәşsiz һәyat—ikisi dә birdir. ( Sevdasız Aylar – Salam Qadirzadə )
Mənim ən ağıllı rəhbərim qəlbimdir. ( Qorio Ata – Honore de Balzac )
Sponsor Linklər
İnsanın yeganə borcu var: Öz Yolu ilə sonuna qədər getmək. Hər şey bundadır və xatırla ki, nə vaxtsa nəsə istəsən, bütün Kainat sənin arzunun həyata keçməsinə kömək edəcək. ( Kikyagər – Paulo Koelyo )
Hiyləgər insanlar oxumağı lazımsız hesab edirlər; Adi insanlar ona heyran olurlar; Ağıllı insanlar isə ondan faydalanırlar. (

Lazım olduqda irəliyə atılmayan addım adamı geriyə aparar, məqsədə yaxınlaşdırmayan dəqiqələr, əksinə, adamı məqsəddən uzaqlaşdıra bilər. ( Xəz Paltolu Madonna – Səbahəttin Əli )
Adamları başa düşmək üçün hər şeyə onların gözü ilə baxmaq lazımdır,yoxsa heç vaxt onları düz başa düşməzsən. (Bülbülü Öldürmək – Harper Lee )
Qəzet, kitab tükənsə öz beynini aç oxu..İnsan özü kitabdır. ( Lefortovo zindanında – Xəlil Rza Ulutürk )
Siz əmin olun ki, Kolumb Amerikanı kəşf edəndə deyil, onu kəşf etməkdə olduğu vaxt özünü xoşbəxt hesab edirdi.. ( İdiot – Fyodor Dostoyevski )
Əgər düşünürsünüzsə ki, məktəbi və ya universiteti bitirdikdən sonra sizin təhsiliniz sona çatıb, onda səhvə yol verirsiniz. Biz bütün ömrümüz boyu dərs keçirik. “Bir əsr yaşa – bir əsr öyrən”. (Stressə qarşı peyvənd – Valeriy Sinelnikov )
- Maraqlı faktlar
- Mənalı sözlər
- Doğruluq və cəsarət sualları
- Instagram üçün mənalı bio sözləri
- Maraqlı kitablar | Mütləq OXU!
Biliyi ötürmək olar, müdrikliyisə heç vaxt. Onu tapmaq olar, onunla yaşamaq olar, onu öz yelkəninə çevirə bilərsən, onunla möcüzələr yaradarsan, amma onu sözə çevirmək, kiməsə öyrətmək qeyri-mümkündür. Bu məni hələ cavan yaşlarımda müəllimlərdən uzaq salan həqiqətdir. ( Siddhartha – Hermann Hesse )
Əsl sual ölümdən sonra həyatın olub-olmaması deyil. Əsl sual ölümdən əvvəl sizin canlı olub-olmamağınızdır. . – ( Bizə sevgidən danışın – Oşo )
İntizar içində sevin, əzab çəkin, ümidinizi qırmayın, seyr edin düşünün. Vay o adamın halına ki, bədəni, şəkli, surəti sevmişdir! Ölüm bunların hamısını onun əlindən alacaqdır. Çalışın ruhu sevin, onda siz yenə də onu taparsınız. ( Səfillər – Viktor Hüqo )
Bu gün təhsil dünyası elm yolçuluğu deyil, diplom ovçuluğudur.(C)
Kitab ən yaxşı dostdur.