Natamamlıq Kompleksi haqqında məlumat

natamamlıq kompleksi haqqında inşa,natamamliq kompleksi haqqinda insa,natamamlıq kompleksi nədir,natamamliq kompleksinden nece xilas olmali
3
(10)

Mövzu Başlıqları

Natamamlıq Kompleksi haqqında

Natamamlıq Kompleksi insanın yetərsizlik və dəyərsizlik hisslərini keçirdiyi psixoloji haldır. Bu hissləri yaşayan insan, fiziki və ya əqli olaraq digər insanlardan daha aşağı və əksik olduğuna inanır. Natamamlıq kompleksi termin olaraq ilk dəfə avstriyalı həkim və psixoterapevt olan Alfred Adler tərəfindən irəli sürülmüşdür.

Natamamlıq hissi xəyali çatışmazlıqlardan yarana və insanda iki cür reaksiyaya səbəb ola bilər.
1) Şəxs özünə qapalı olub sosial həyatdan uzaqlaşa bilər və ya əksik olmadığını sübut etmək üçün həddindən artıq rəqabətli ola bilər.
2) Bəzi hallarda hallarda üstünlük kompleksinə çevrilə bilir.

Natamamlıq Kompleksindən əziyyət çəkənlər həyatda özlərini sübut edə bilməmiş insanlardır. Onlara bu şərait yaradılmadığından, mənəvi ehityacları ödənmədiyindən özlərini əksik və natamam hiss edirlər. Bu cür insanlarda özünə hörmət və dəyər hissi aşağı olur.

Natamamlıq kompleksinin əlamətləri hansılardır?

natamamliq kompleksi nedir natamamliq kompleksi haqqinda insa natamamliq kompleksi melumat 3
Natamamlıq Kompleksi

Natamamlıq kompleksinin əsas simptomları:

  • Özünü inamsız, əksik və dəyərsiz hiss etmək
  • Tərifə inanmaqda və ya tənqidi qəbul etməkdə çətinlik çəkmək
  • Ailədən, dostlardan və iş yoldaşlarından uzaqlaşmaq, sosial mühitlərdən qaçmaq
  • Daim özünüzü başqaları ilə müqayisə etmək
  • Həddən artıq özünütənqid
  • Daim utanc, günahkarlıq və xəcalət hiss etmək
  • Mükəmməlliyətçilik
  • Daim başqalarından təsdiq və tərif axtarmaq
  • Hər hansı bir mübarizədən və rəqabətdən qaçmaq
  • Daim narahatlıq və depressiya hissi

Bu simptomların bir-ikisinin olması hələ natamamlıq kompleksi demək deyildir. Yox əgər bu əlamətlərin bir çoxu eyni anda mövcuddursa, o zaman natamamlıq kompleksi sayılır.
Zaman-zaman özünü istedadlı və ya ağıllı insanlarla müqayisə etmək normaldır. Ancaq bu cür davranış həddindən artıq olduqda və nəzarətdən çıxdıqda, anormal hal hesab olunur.
Natamamlıq hissi adətən uşaqlıqda başlayır və davam edir. Nə qədər tez aşkar olarsa, müalicəsi bir o qədər tez və asan olar.

Natamamlıq kompleksinin əsas səbəbləri:

Sevgi əksikliyi
Sevgiylə böyüyən uşaqlar daha iradəli, istəkli və mübariz olurlar. Bu uşaqların motivasiyası yüksək olur və bir çox işin öhtəsində cəsarətlə gələ bilirlər.Sevgidən məhrum böyüyənlərdə isə bunun əksi baş verir. Bu səbəbdən natamamlıq kompleksindən əziyyət çəkənlərə ilk növbədə sevgi göstərilməli və onların bu ehtiyacı ödənilməlidir.
Uşaqlıq tramvaları
Şiddət və alçaldılmaya məruz qalan, xoşagəlməz hadisələrlə üzləşən uşaqlar kiçik yaşlarından tramva yaşamış ola bilər. Bu da onların böyüdükdə həyat tərzinə və seçimlərinə neqativ təsir edir, onlar öz həyatlarını yaşamaqda çətinlik çəkirlər. Uşaq psixoloqları tərəfindən terapiya almaq tövsiyyə olunur.
Neqativ təlkinlər
Bir çoxları uşaqkən ailədə, məktəbdə mənfi sözlərə və fikirlərə məruz qalır. Fərqində olmasalar da bunlar uşaqların iradəsini, motivasiyasını zədələyə bilir.
“Bu sənlik deyil”, “Bir işi də doğru bacarmısan ”, “ Fərasətsiz uşaqsan”, “ Nəyə əlini vursan sındırırsan”, “ Səndən adam olmayıb olmayacaq da”, “ Gözüaçıq uşaq deyilsən, kütsən”. Uşaqların daim bu cür sözlərə məruz qalması, onlarda natamamlıq kompleksinin yaranma riskini artırır.
Körpə uşaq , ilk addımlarında uğursuz olub yıxılsa da ona yenidən şans verildiyi üçün yeriməyi öyrənir. Eyniylə də digər kiçik işlərdə də uşaqlara şans verilməli, pozitiv sözlərlə mənəvi dəstək olunmalıdır.
“Sənə inanırıq”, “Sən bunu bacarsan”,”Bir də cəhd et”,“Sən çox ağıllı və istedadlı uşaqsan” və s. buna bənzər təlkinlərə uşaqda müsbət dəyişiklik yaratmaq mümkündür.

Fiziki xüsusiyyətlər
Elə vaxtlar olur ki, insan çəkisi, üz cizgiləri və ya digər bədən xüsusiyyətlərinə görə həqiqətən narahatlıq keçirir.Özünü gözəl hesab etmir, fiziki baxımdan əksiklik hissinə qapılır. Bunun səbəbi özünü başqaları ilə həddən artıq müqayisə etməsidir. Fiziki xüsusiyyətlərinə görə insanlar tərəfindən ayrı-seçiciliyə məruz qalması və gülüş obyektinə çevrilməsi halları da buna səbəb ola bilər.

Natamamlıq kompleksinin digər səbəbləri:

  • İqtisadi və sosial çətinliklər
  • Toplumsal təzyiqlər
  • Psixoloji xüsusiyyətlər
  • Genetik (irsi) amillər

Natamamlıq Kompleksinin Müalicəsi

natamamliq kompleksi nedir natamamliq kompleksi haqqinda insa natamamliq kompleksi melumat 1
Natamamlıq Kompleksi Müalicəsi

Natamamlıq hissi adətən uşaqlıqda başlayır və davam edir. Nə qədər tez aşkar olarsa, müalicəsi bir o qədər tez və asan olar.
Natamamlıq kompleksini müalicə etmək üçün insan əvvəlcə bu vəziyyəti qəbul etməlidir. Hər zaman mükəmməl olmağa çalışmamalı, hər şeydə uğur qazana bilməyəcəyini qəbul etməlidir.
Bu insanlara həyatda özünü doğrulda bilməsi üçün şans verilməli, dəstək olmalı və xüsusi diqqət,qayğı göstərilməlidir. Ailə üzvləri və digər yaxınları onlara tənqidi yanaşmalardan çəkinməli, əvəzinə motivasiyaedici və xoş sözlər söyləməlidir. Bu prosesdə ailənin, məktəb və ətrfaf mühitin böyük rolu vardır.

.

Digər təsirli müalicə üsulu psixoterapiyadır. Danışıq terapiyası olaraq da bilinən psixoterapiya, insanların öz emosiyalarını daha yaxşı başa düşmələri və bu emosiyaları daha düzgün yollara yönəltmələri üçün bir üsuldur

Natamamlıq hisslərinin öhdəsindən gəlmək üçün aşağıdak addım atılmalıdır:

  • İnsan özünü başqaları ilə müqayisə etməyi dayandırmalı
  • Sosial əlaqələr artırılmalı və pozitiv insanlarla vaxt keçirməli
  • İnsan başqaları kimi olmaq istəyini dayandırmalı və özü kimi olmalı
  • Müsbət keyfiyyətlərinizə diqqət yetirməli
  • Sahib olmadıqlarınıza deyil,.sahib olduğunuz nemətlərə fokuslanmalı
  • Mənfi düşüncələrə və hisslərə baş qoşmamağı öyrənməli
  • Həyatı həmişə ciddi qəbul etməməli
  • Real hədəflər qoyulmalıdır
  • İnsan özünü olduğu kimi qəbul etməlidir.

İlahi!
Mənə dəyişə biləcəyim şeyləri dəyişdirmək üçün cəsarət, dəyişə bilməyəcəyim şeyləri qəbul etmək üçün səbr və ikisi arasındakı fərqi anlamam üçün hikmət ver!

Bənzər Mövzular:

Axtarış sözləri: natamamlıq kompleksi haqqında inşa,natamamliq kompleksi haqqinda insa,natamamlıq kompleksi nədir,natamamliq kompleksinden nece xilas olmali insa,natamamliq kompleksi sozunun menasi,natamamlıq kompleksi necə azad olmalı,natamamlıq kompleksi nedir,natamamlıq kompleksindən necə azad olmalı haqqında inşa,natamamliq haqqinda esse,natamamlıq kompleksi necə azad olmalı haqqında inşa

YAZIYA QİYMƏT VER!😉

Ortalama 3 / 5. Səs sayı: 10

İlk səs verən sən ol!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir